Məqalədə Azərbaycan Respublikasının post-konflikt regionunda aqrar sektorun formalaşdırılması istiqamətləri, onun dayanıqlılığının təmin edilməsində rəqəmsal transformasiyanın iqtisadi əhəmiyəti, rəqəmsal və innovativ texnologiyaların tətbiqinin əsas istiqamətləri və yarana biləcək problemlərin təhlili və onların həlli istiqamətləri üzrə araşdırmalar həyata keçirilmişdir. Məqalədə həmçinin, aqrar sektorda rəqəmsal texnologiyaların səmərəli tətbiq edilməsində, müxtəlif sahələrin qarşılıqlı əlaqələrinin əhəmiyyətindən və hər bir sahənin öhdəliklərindən bəhs edilmişdir. Aparılan araşdrımanın nəticəsi olaraq, Azərbaycan Respublikasının Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aqrar sektorun uzunmüddətli dövr üzrə rəqəmsal transformasiyasının reallaşdırılması ilə bağlı təkliflər irəli sürülmüşdür.