Plagiat və Sİ siyasəti

Məqalələrin orijinallığı ilə bağlı aşağıdakıları diqqətinizə çatdırırıq:

Jurnalımız əqli mülkiyyət hüquqlarını tənzimləyən prinsiplərə uyğundur, formalarından asılı olmayaraq hər hansı bir plagiat cəhdinin qarşısını alır. Jurnalın bütün məzmun istifadəçilər və ya onların qurumları üçün pulsuz olaraq mövcuddur. İstifadəçilərə naşirdən və ya müəllifdən qabaqcadan icazə almadan bu jurnaldakı məqalələrin tam mətnlərini oxumaq, yükləmək, köçürmək, yaymaq, çap etmək, axtarmaq və ya onlara keçid etmək icazəsi verilir.

Plagiatın aşkarlanması üçün jurnal iThenticate proqramından istifadə edilir.

Həmçinin jurnal süni intellekt (Sİ) vasitəsilə tam və ya qismən hazırlanmış elmi məqalələri qəbul etmir. Məqalələrin elmi məzmunu yalnız müəllif(lər)in şəxsi tədqiqatı və akademik məsuliyyəti əsasında formalaşdırılmalıdır.
Süni intellektdən istifadə yalnız dil və üslubun təkmilləşdirilməsi, o cümlədən tərcümə keyfiyyətinin yaxşılaşdırılması məqsədi ilə məhdudlaşdırılır. Bu halda belə, elmi məzmunun düzgünlüyünə görə məsuliyyət tam şəkildə müəllif(lər)ə aiddir.

Süni intellekt və generativ AI

Müəlliflər generativ süni intellekt (Sİ) alətlərindən məqalənin hazırlanması zamanı istifadə etdikdə, bu istifadəni məqalənin müvafiq hissəsində şəffaf şəkildə açıqlamalıdırlar. AI alətləri müəllif kimi göstərilə bilməz və məqalənin məzmununun dəqiqliyi, bütövlüyü və orijinallığına görə məsuliyyət yalnız müəllif(lər)ə aiddir.
Generativ Sİ-dən yalnız dil, üslub, tərcümə və digər texniki məqsədlərlə istifadə edilə bilər. AI tərəfindən yaradılmış məzmunun elmi nəticə, məlumat və ya istinad kimi təqdim edilməsinə yol verilmir.

Rəyçilər və redaktorlar məxfi əlyazmaları generativ AI sistemlərinə yükləməməlidirlər.

Jurnal Sİ tərəfindən yaradılmış məzmunun müəyyən edilməsi üçün müvafiq texniki vasitələrdən istifadə edə bilər. Belə vasitələrin nəticələri yekun qərarın yeganə əsası hesab edilmir və insan tərəfindən qiymətləndirilir.