"İqtisadi islahtlar" jurnalında dərc olunmuş bütün məqalələrin və onların biblioqrafik metadatalarının rəqəmsal arxivi saxlanılır. Jurnal uzunmüddətli rəqəmsal qorunma üçün "Internet Archive", Zenodo xidmətindən istifadə edir və həmçinin "Open Journal Systems (OJS)" platformasının arxivləşdirmə və qorunma imkanlarından yararlanır.
Jurnalın rəqəmsal arxivinin saxlanılmasını İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi həyata keçirir. Dərc olunmuş məqalələr, o cümlədən onların DOI məlumatları və metadataları jurnalın daimi elmi arxivinin bir hissəsi kimi qorunur.
Müəlliflər məqalələrinin ilkin versiyasını (preprint), qəbul edilmiş əlyazmasını və dərc olunmuş versiyasını müvafiq elektron elmi arxivlərdə yerləşdirə bilərlər. Heç bir embarqo müddəti tətbiq edilmir. Müəlliflər məqaləni elektron elmi arxivə yerləşdirərkən DOI-ni və tam biblioqrafik məlumatları saxlamağa təşviq edilirlər.
Jurnal nəşr platformasında və ya fəaliyyətində dəyişikliklər baş verdiyi halda dərc olunmuş məzmunun əlçatanlığını qorumağı öhdəsinə götürür.