“Open access” siyasəti

“İqtisadi İslahatlar” elmi-analitik jurnalı açıq girişli jurnaldır və dərc olunmuş bütün elmi məqalələrə dərhal və pulsuz tam mətnli giriş təmin edir.
Oxucular məqalələri oxuya, yükləyə, köçürə, yaymaq, çap edə, axtara və onlara keçid verə bilərlər. Məqalələrə giriş üçün qeydiyyat, abunəlik və ya ödəniş tələb olunmur. Dərc olunmuş məzmuna embargo müddəti tətbiq edilmir.
Məqalələr Creative Commons Attribution-NonCommercial 4.0 International (CC BY-NC 4.0) lisenziyası əsasında yayımlanır.
Jurnal müəlliflərdən məqalənin təqdim edilməsi, qiymətləndirilməsi, redaktəsi və nəşri üçün heç bir ödəniş tələb etmir.