Mükafatlar

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) BMT-nin qlobal təşəbbüsü olan Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı tərəfindən nüfuzlu beynəlxalq mükafata layiq görülüb. Mərkəz 2025-ci il ərzində göstərdiyi fəal fəaliyyətə görə “Active Data Provider of the Year 2026” (2026-cı ilin ən fəal məlumat təminatçısı) statusu ilə təltif olunub.

  

 

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) nəşr etdiyi “İqtisadi islahatlar” elmi-analitik jurnalı beynəlxalq elmi məlumat bazası olan J-Gate tərəfindən indekslənərək rəsmi “J-Gate Indexed” fərqlənmə nişanı ilə təltif olunub.

  

 

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) nəşr etdiyi “İqtisadi islahatlar” elmi-analitik jurnalı “International Finance Awards 2026” beynəlxalq mükafatları çərçivəsində təltif olunub. İİTKM “İqtisadi islahatlar və dövlət siyasəti sahəsində ən yaxşı akademik jurnal – Azərbaycan 2026” və “İqtisadi siyasət tədqiqatlarına ən yaxşı töhfə – Azərbaycan 2026” nominasiyaları üzrə qalib elan edilib. Bu mükafatlar Mərkəzin elmi nəşriyyat fəaliyyəti və iqtisadi siyasət tədqiqatları sahəsində nailiyyətlərinin beynəlxalq səviyyədə tanınmasını əks etdirir.