Kənd təsərrüfatı istehsalının milli inkişafda rolu və onu şərtləndirən amillər

Xülasə

Məqalədə kənd təsərrüfatı istehsalının milli iqtisadi inkişafda yeri və rolu aydınlaşdırılmış, istehsalın inkişafını şərtləndirən amillər şərh edilmişdir. Kənd təsərrüfatının ölkə üçün strateji əhəmiyyəti və çox funksialılığı nəzərə alınmaqla, ölkənin ərzaq təhlüksizliyi probleminin həlli və iqtisadi müstəqilliyin mühüm şərti kimi təqdim olunaraq kənd təsərrüfatının inkişaf edirilməsi, əhalinin gəlirlərinin formalaşmasında və məşğulluğunun təmin edilməsində  kənd təsərrüfatının bir istehsal sahəsi kimi böyük rola malik olması, digər fəaliyyət sahələrindən zəruri olan resursları əldə etməklə  sahələrarası əlaqələrin inkişafnı təmin etmək, aqrar bazarın müxtəlif seqmentlərinin  fəaliyyətinə şərait yaratmaq, maliyyə axınlarının yaradılması və tənzimlənməsini həyata keçirməklə aqrarərzaq kompleksinin ayrı-ayrı sahələrinə investisiyaların cəlb edilməsi və onlardan səmərəli istifadəyə şərait yaratmaq, ölkə üzrə aqrarərzaq kompleksinin normal fəaliyyətinə şərait yarada bilən makroiqtisadi göstəricilər sisteminin formalaşmasına müsbət təsir effekti yaradan infrastrukturun inkişaf  səviyyəsinin yüksəldilməsinə nail olmağın mümkünlüyünün kənd təsərrüfatı üçün özünəməxsus xarakterik xüsusiyyətləri nəzərə alınmqla   tənzimlənməsi, bazarın dağıdıcı təsirlərindən qorunmasına və daha da inkişaf etdirilməsinə dair elmi əsaslandırılmış təkliflər işlənilmişdir.