İstənilən sahədə səmərəlilik əldə etmək daha az resurslardan istifadə etməklə daha yüksək nəticə əldə etmək deməkdir. Sosial sahələrdə xərcləri optimallaşdırmaq, effektivliyi artırmaq üçün bir sıra yüksək inkişaf etmiş ölkələrin təcrübəsinin araşdırılması və onlardan istifadənin perspektiv imkanlarının müəyyən edilməsi məqsədəuyğundur. Məqalədə bu məqsədlə bir neçə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına daxil olan ölkələrdə son illərdə səhiyyə, təhsil və sosial müdafiə və sosial təminata çəkilən ümumi xərclərin, həmçinin dövlət xərclərinin ÜDM-də xüsusi çəkisi müqayisəli şəkildə təhlil edilmiş və təhlil əsasında mövcud vəziyyət ifadə olunmuşdur. Həmçinin səhiyyə və təhsil xərclərinin səmərəliliyini qiymətləndirmək üçün bu xərclərlə əsas göstəricilər arasındakı əlaqə korrelyasiya analizi ilə qiymətləndirilmişdir. Analizin nəticəsi göstərmişdir ki, səhiyyə xərcləri ilə doğulanda gözlənilən ömür uzunluğu, təhsil xərcləri ilə isə PİSA qiymətləndirməsi (riyaziyyat, oxu və elm olmaqla) arasında müsbət xətti asılılıq vardır. Bundan əlavə, bu ölkələr arasından xüsusilə, liberal və sosial olmaqla 2 inkişaf etmiş ölkə (ABŞ və Finlandiya) seçilmiş və onların səhiyyə, təhsil, sosial təminat sistemləri araşdırılmışdır.