Aqrar sektora dövlətin maliyyə dəstəyinin ərzaq təhlükəsizliyinə təsiri

Xülasə

Ərzaq təhlükəsizliyi məsələsi insan sağlamlığı üçün həyati əhəmiyyət kəsb edir. Ərzaq təhlükəsizliyi ilə bağlı araşdırmalar son illərdə intensivləşmişdir. İqtisadi siyasətlərdə mühüm yer tutan aqrar siyasətlər baxımından ərzaq təhlükəsizliyi ilə bağlı tənzimləmələr artmaqdadır. Beynəlxalq miqyasda, xüsusilə Avropa İttifaqında (Aİ) xüsusi əhəmiyyətə malik olan ərzaq təhlükəsizliyi məsələsi aqrar sahədə qlobal bir aktor olaraq yerini almaq istəyən ölkəmiz üçün də eyni dərəcədə əhəmiyyətlidir.

Məqalədə dünya təcrübəsində dövlətlərin aqrar siyasətləri və aqrar sektora dövlətin maliyyə dəstəyi çərçivəsində ərzaq təhlükəsizliyi məsələsi araşdırılmış və onlar arasındakı əlaqə təhlil edilmişdir. Lakin ərzaq təhlükəsizliyi çox geniş bir sahəni əhatə edən bir mövzu olduğundan yalnız kənd təsərrüfatı istehsalı əsasında təhlil aparılmışdır. Bundan əlavə, məqalədə xüsusi bir məhsulun nəzərdən keçirilməsindən daha çox ümumi bir çərçivədə müəyyən bir məhsulun qiymətləndirilməsi həyata keçirilmişdir. Tədqiqat işində dünyada bu sahədə aparılan araşdırmalar üzrə material və metodlardan istifadə edilmişdir.