Elektrotexnika müəssisələrin strateji mövqeyin qiymətləndirilməsinin SPACE matrisi

Xülasə

Məqalədə elektrotexnika müəssisələrin strateji mövqeyi qiymətləndirilmiş və Strateji Mövqe və Fəaliyyətin Qiymətləndirilməsi (SPACE) matrisi elektrotexnika müəssisəsi üzrə təsvir edilmişdir. Bu modelin üzrə müəssisənin güclü və zəif tərəfləri müəyyən edilərək, müəssisənin fəaliyyətinin təkmilləşdirilməsi üçün empirik təkliflər verilmişdir. Rəqabətqabiliyyətin yüksədilməsi üzrə strategiyanın qiymətləndirilməsi üsullarından biri olan “SPACE matrisi” izolə olunmuş montaj kabelləri, elastik kabelləri, çoxdamarlı, elastik mis ötürücülü kabellər, odadavamlı halogensiz kabellər, alçaq gərginlikli kabellər istehsal edən elektrotexnika müəssisəsi üzrə təhlil aparılmışdır. Bu modelə əsasən, müəssisənin maliyyə gücü, müəssisənin rəqabət üstünlükləri, xarici mühit sabitliyi, müəssisənin sənaye gücü və potensialının qiymətləndirilməsi aparılmışdır. Bununla yanaşı, təklif olunan “SPACE matrisi” üzrə aparılan təhlilin nəticələri ümumiləşdirilmiş və şirkətin rəqabətqabiliyyətliliyinin artırılması üçün tövsiyələr verilmişdir.