Dünyanın bir çox ölkələrində ekoloji problemin getdikcə dərinləşməsi və ekosistemə antropogen təsirlərin çoxalması ənənəvi təsərrüfatçılığın əsaslarına yenidən baxmağı və ekoloji yönümlü iqtisadiyyata keçidi zəruri edir. Bu cür inkişaf ölkəmizdə də strateji əhəmiyyət kəsb edir və bu səbəbdən ölkəmizdə təmiz ətraf mühit və “yaşıl” artım milli prioritetlər kimi qəbul edilmişdir. Məqalədə yaşıl iqtisadiyatın xarakterik xüsusiyyəti öyrənilmiş və yaşıl iqtisadi inkişafın zəruriliyi əsaslandırılmışdır. Azərbaycanın aqrarərzaq kompleksinin timsalında “yaşıl” inkişafın müasir vəziyyətinə aydılıq gətrilmiş və bu sahədə inkişafın daha da sürətləndirilməsinə dair elmi əsaslandırılmış təkliflər verilmişdir. Məqalədə həm də ekoloji təmiz kənd təsərrüfatı və qida məhsullarının istehsalı zamanı marketinq konsepsiyalarının tətbiqinin zəruriliyinə diqqət yetirilməsinin vacibliyi göstərilmişdir. Tədqiqatda göstərilmişdir ki, bir tərəfdən istehlakçıların, başqa bir tərəfdən isə müəssisə və təsarrüfatların, eyni zamanda bütövlükdə cəmiyyətin mənafeyinin gözlənilməsi şətrilə inkişafın təmin edilməsi marketinqin sosial-etik konsepsiyasının tətbiqini qaçılmaz edir. Məqalədə, həyatın ekoloji keyfiyyətinə, həmçinin iqtisadiyyatın ekoloji və resurs effektivliyi aydınlıq gətirilmişdir. Ölkə iqtisadiyyatının “yaşıl” inkişaf relslərinə keçirilməsinin amilləri dəqiqləşdirilmişdir.