Məqalədə neft-qaz sənayesi üzrə dayanıqlı inkişafa təsir edən amillər təhlil edilərək qiymətləndirilmişdir. Burada, neft-qaz sənayesinin Azərbaycan iqtisadiyatında rolu şərh edilərək, neft-qaz hasilatının inkişafının strateji səmərəliliyinə və davamlılığına təsir edən daxili və xarici amilləri təsnifatlaşdırılmışdır. Müəyyən edilmişdir ki, neft-qaz sənayesi üzrə dayanıqlı inkişafa təsir edən amillər əsasən müəssisənin daxili və xarici amillri üzrə formalaşır. Bu amillər neft sənayesinin inkşafında mühüm rol oynayaraq bu sektorda tikintinin və digər sahələrin inkişafını şərtləndirir. Məqalədə Azərbaycanda neft və təbii qaz hasilatının həcmi ilə neft emalı, kimya və neft-kimya sənaye məhsulunun həcmi arasındakı asılılığın korrelyasiya-reqressiya analizi aparılmış və bu sektorun iqtisadi dayanıqlılığına təsir edən amillər müəyyən edilmişdir.