Məqalədə müasir dövrün əsas tələbi olan rəqəmsal transformasiyanın əhəmiyyəti, zəruriliyi, əsas xüsusiyyətləri, analoqdan üstünlükləri müzakirə olunacaqdır. Rəqəmsal transformasiyanın hökumətin effektivliyində rolu təhlil edilərək, dünyada müxtəlif ölkələrdə rəqəmsal transformasiya təcrübələri nümunə kimi verilir.
Rəqəmsal transformasiya dövlət xidmətlərinin modernləşdirilməsi, xidmət məhsuldarlığının artırılması və əmək intensivliyinin azaldılması, xidmətlərdən məmnunluq səviyyəsinin və hökumətlərə inamın artırılmasında əsas rol oynayır.
Bu gün hökumətlər qarşısında duran ən əsas məsələlərdən biri rəqəmsal transformasiyanı qısa müddətdə həyata keçirməkdir. Dövlətlərin müxtəlif idarəetmə səviyyələri və sektorları arasında strateji məqsədləri (məsələn, səmərəlilik, inklüzivlik, açıqlıq, davamlılıq) əlaqələndirmək və siyasətin uyğunluğunu və uzunmüddətli davamlılığı təmin etmək üçün rəqəmsal texnologiyaların səfərbər edilməsinə üstünlük vermələri zəruridir.
Məqalənin əsas məqsədi dünyanın aparıcı ölkələrində həyata keçirilmiş rəqəmsal transformasiya təcrübəsini və onların Azərbaycana tətbiqi imkanlarını araşdırmaqdır.