İQTİSADİ İNKİŞAFIN EKOLOJİ HÜDUDLARI

Xülasə

Dünya ölkələrində əhalinin rifah səviyyəsinin artırılması və tələbatlarının ödənilməsi istiqamətində ən yeni konsepsiyalardan biri də davamlı inkişaf konsepsiyasıdır. Davamlı inkişaf konsepsiyası özündə cəmiyyətin iqtisadi, sosial və ekoloji ehtiyaclarının hər birini nəzərdə tutaraq, indiki və gələcək nəsillər arasında resursların ədalətli bölgüsü məsələlərini ehtiva edir.Dünya iqtisadiyyatının inkişafı fonunda xüsusilə ekoloji ehtiyaclar daha da ön plana çıxır. Ekoloji prinsiplər çərçivəsində fəaliyyət göstərən iqtisadi sistemin qurulması məsələləri müasir dünyanın qarşısında duran əsas məqsədlərdəndir. Məqalədə ekoloji iqtisadiyyat məsələlərində xüsusi yer tutan iqlim dəyişikliyi fenomeni, ekoloji problemlərin nöqteyi-nəzərindən xarici təsirlər problemi və bu sahədə dövlət siyasətinin ümumi istiqamətləri araşdırılır.