QLOBAL TENDENSİYALARIN ÖLKƏ İQTİSADİYYATLARINA MƏNFİ TƏSİRİ VƏ İNFLYASİYA TEMPİNİN DƏYİŞMƏSİ

Xülasə

Qlobal səviyyədə baş verən Covid-19 pandemiyasının yaratdığı mənfi təsirlər dünya üzrə hər bir iqtisadiyyatda hiss edilməkdədir. Baxmayaraq ki, pandemiya əleyhinə atılan addımlar və vaksinləmə prosesinin sürətlənməsi ilə artan tələbi qarşılaya bilməyən təklif, nəqliyyat və logistika xərclərindəki artım, o cümlədən qlobal təchizat zəncirindəki qırılmalar bir çox iqtisadiyyatlarda inflyasiyanı qacınılmaz etdi. Qlobal tendensiyaların Azərbaycan iqtisadiyyatında təsirlərinin minimuma endirilməsi və inflyasiyaya qarşı atılan addımlar kompleks xarakter daşımaqla iqtisadi inkişafın təmin edilməsi və əhalinin sosial müdafiəsinin gücləndirilməsini də hədəf götürmüşdür. Azərbaycan iqtisadiyyatında 2021-ci ildə iqtisadi artımın 5.6% təşkil etməsi, və tədiyə balansında ticarət balansının profisitli olması kimi faktorlar buna nümunədir. Həmçinin, 2022-ci ildə pul siyasəti ölkədə dayanıqlı qiymət sabitliyinin təmin olunmasına, inflyasiyanın elan edilmiş hədəf çərçivəsinə qaytarılması və dayanıqlı lövbərləşməsinə yönəldiləcək.