MALİYYƏNİN YENİ YAŞIL DƏHLİZLƏRİ: YAŞIL İSTİQRAZLARIN FAYDALARI

Xülasə

Ətraf mühitin qorunması və yaşıl iqtisadiyyatın dəstəklənməsi sadəcə müəyyən sahələrdə islahatların aparılması ilə deyil, bütün sektorların birgə fəaliyyəti və harmonizasiyası ilə mümkündür. Yaşıl iqtisadiyyatın dəstəklənməsini və ətraf mühitin qorunmasını maliyyə sektoru müxtəlif maliyyə alətləri və xidmətləri ilə dəstəkləyir. Bu cür alət və xidmətlər yaşıl maliyyə başlığı altında birləşir. Ətraf mühitin qorunmasına yönəlmiş yaşıl maliyyə məhsullarından biri də yaşıl istiqrazlardır. Məqalədə yaşıl istiqrazların istiqraz bazarı iştirakçıları üçün və ekologiyanın qorunmasının dəstəklənməsində rolu araşdırılmışdır.