QLOBAL BUĞDA BÖHRANININ ƏSAS SƏBƏBLƏRİ VƏ AZƏRBAYCANA TƏSİRLƏRİ

Xülasə

Ərzaq təhlükəsizliyi demək olar ki, bütün ölkələrin iqtisadi təhlükəsizlik sisteminin ən mühüm tərkib hissəsi sayılır. Buğda istehsalı isə bir çox ölkələr üçün, o cümlədən Azərbaycan üçün ərzaq təhlükəsizliyi baxımından strateji əhəmiyyətli məhsul hesab edilir. Hazırda dünya ölkələri xüsusən də ərzaq məhsulları idxal edən inkişaf etməkdə olan ölkələr artan ərzaq qiymətləri fonunda ciddi şəkildə ərzaq təhlükəsizliklərinin təmin edilməsi ilə bağlı problemlərlə üzləşirlər. Bu məqalədə müəllif son illər ərzində həm qlobal, həm də Azərbaycanda  buğda qiymətlərinin, istehsalının, istehlakının, ticarətinin dinamikasını araşdırmışdır. O, dünya bazarında yüksək buğda qiymətlərinin əsas səbəblərini öyrənmiş və bunun ölkəmizə mənfi təsirlərinin azaldılması ilə bağlı təkliflər vermişdir.