TİCARƏTİN LİBERALLAŞDIRILMASI SİYASƏTİ VƏ ONUN REAL MƏZƏNNƏYƏ TƏSİRİ

Xülasə

Araşdırmalar göstərir ki, ticarətin liberallaşdırılması real məzənnə ucuzlaşması ilə nəticələnir.  Doğrudur liberallaşmaya keçid dövründə müvəqqəti olaraq məzənnə bahalaşa bilər ki, amma bunu təsdiq edən empirik dəlillər azdır. Bu məqalədə ticarətin liberallaşdırılması tədbirlərinin 40-dan çox ölkədəki təsirləri təhlil olunur. Tədqiqatın əsas nəticəsi göstərir ki, ölkələr liberal ticarət siyasəti apardıqda real məzənnə ucuzlaşır. Bununla belə, bəzi ölkələrdə liberallaşmanın başlanğıcı və ya ilkin dövrdə real məzənnə ucuzlaşmır. Azərbaycanda ticarətin liberallaşdırılması siyasəti birbaşa olaraq qeyri-neft sektorunun ixracına təsir göstərir.