Prezident İlham Əliyevin BMT Baş Assambleyasının 75-ci sessiyası çərçivəsində Ermənistanın hərbi təxribatlarına diqqəti cəlb etməklə, onları doğuran səbəblərə aydınlıq gətirməsi fikirləri fundamental xarakter kəsb etməklə yanaşı, dövlətimiz və xalqımız üçün strateji əhəmiyyətə malikdir. ATƏT-in Minsk qrupu tərəfindən Ermənistanın beynəlxalq birliyin iradəsinə zidd davranışa hüquqi qiymət verilməməsi, təcavüzkara qarşı sanksiyalar tətbiq olunmaması münaqişəni müharibəyə gətirib çıxardı. Prezident, Ali Baş Komandan İlham Əliyevin atdığı siyasi-diplomatik addımların, yeritdiyi böyük siyasətin, informasiya müharibəsində qazandığı möhtəşəm qələbələrin sayəsində Müzəffər Ordumuz Ermənistan Ordusunu məhv edərək, xalqımızı və bəşəriyyəti erməni faşizmindən xilas etdi. Elmi-tədqiqat işi Azərbaycan Respublikasının düzən və Dağlıq Qarabağda resursların səmərəli bölgüsünə istiqamətləndirilmiş struktur siyasətinə həsr olunmuşdur.