Vergi və sosial xərclərin gəlir bərabərsizliyinə təsirinin qiymətləndirilməsi: Azərbaycan nümunəsində empirik təhlil

Çapdan qabaq
Məqaləni yüklə

Xülasə

Bu tədqiqatda Azərbaycanda vergi və sosial xərclər siyasətinin müxtəlif gəlir qrupları üzrə təsiri qiymətləndirilmişdir. 2024-cü il üzrə ev təsərrüfatı səviyyəsində gəlir məlumatları əsasında aparılan təhlildə, fiskal tədbirlərin gəlir bölgüsünə təsiri Lorens əyriləri və Cini əmsalları vasitəsilə araşdırılmışdır. Kvintil və desil bölgüləri əsasında aparılan təhlillər mövcud vəziyyəti qiymətləndirməyə imkan vermişdir. Hesablamamıza əsasən, kvintil bölgüsünə görə Cini əmsalı 0.202, desil bölgüsünə görə isə 0.215 olmuşdur. Bu göstəricilər Cini əmsalının dünya orta göstərici (0.65) ilə müqayisə etdikdə Azərbaycanda vəziyyətinin 3 dəfəyə qədər yaxşı olduğu aşkara çıxarılmışdır. Eyni zamanda müəyyən olunmuşdur ki, gəlir qrupları arasında fərqliliyi daha da azaltmaq üçün fiskal siyasətin yenidən bölgü funksiyasının tam həyata keçirilməsi istiqamətində əlavə potensial mövcuddur. Dolayı vergilərin yüksək payı bəzi hallarda aşağı gəlir qrupları üçün nisbətən daha çox yük yarada bilər. Həmçinin, sosial transfertlərin əhatə dairəsi və hədəflənməsi bərabərliyin təşviqində mühüm rol oynayır. Nəticə etibarilə, fiskal siyasətin inklüzivliyi və effektivliyi gələcəkdə daha balanslı sosial-iqtisadi inkişafın təmin olunmasında önəmli əhəmiyyət kəsb edə bilər.