Transmilli şirkətlərin xarici birbaşa investisiyalarının ÜDM-ə təsiri: Azərbaycan üzrə empirik sübutlar

Çapdan qabaq
Məqaləni yüklə

Xülasə

Bu tədqiqat struktur dəyişikliklərini nəzərə alaraq Azərbaycan iqtisadiyyatında ümumi daxili məhsul (ÜDM) ilə xarici birbaşa investisiyalar (XBİ) arasındakı uzunmüddətli əlaqəni araşdırır. Təhlildə nominal ÜDM və XBİ göstəriciləri 2005-ci il bazalı qiymətlərə deflyasiya edilərək sabit dispersiyanı təmin etmək üçün təbii loqarifmlərə çevrilmişdir. Struktur dəyişiklikləri əks etdirən dummy dəyişənlərini ehtiva edən genişləndirilmiş vahid kök testləri hər iki sıra üçün stasionarlığı təsdiqləmişdir. Struktur dəyişikliklər nəzərə alınmaqla aparılan Johansen üzrə uzunmüddətli tarazlıq əlaqəsi testi ÜDM və XBİ arasında tarazlıq münasibətinin mövcud olduğunu göstərmişdir. FMOLS və DOLS metodları ilə əldə olunan nəticələr XBİ-nin 1% artımının təqribən 0,26% ÜDM artımı ilə əlaqəli olduğunu ortaya qoyur. Bu nəticələr xarici birbaşa investisiyaların iqtisadi inkişafdakı əhəmiyyətini vurğulayır və struktur dəyişikliklərin dinamik təsirlərinin nəzərə alınmasının vacibliyini göstərir. Tədqiqatın nəticələrinə əsasən, XBİ-nin ÜDM-in diversifikasiyası və uzunmüddətli, dayanıqlı iqtisadi artım strategiyalarının formalaşdırılmasında mühüm rol oynadığı qənaətinə gəlinir.