Halal sənaye dünyanın hər yerində müsəlman istehlakçıların yaratdığı tələbə əsasən sürətlə böyüyən bir bazara çevrilmişdir. Müsəlman əhalinin artım proqnozları da bu sahələrə tələbatın artacağını deməyə imkan verir. Məqalədə perspektivli sahə hesab olunan halal sənayenin mahiyyəti şərh edilmiş, beynəlxalq hesabatların məlumatlarından istifadə edilərək artım tempi, ölkələrin halal məhsullar bazarında mövqeyi təhlil olunmuşdur. Tədqiqat zamanı Azərbaycanda istehlakçıların halal sənaye/halal sertifikatlı məhsullara münasibətini qiymətləndirilmişdir. Bu məqsədə nail olmaq üçün sorğu keçirilmiş və əldə olunan nəticələr deməyə imkan verir ki, respondentlər ölkədə halal sənaye sahələrinin inkişafını dəstəkləyirlər. Lakin halal sənaye barədə respondentlərin məlumatlılıq səviyyələri və halal sertifikatlara inamları yüksək deyil.