Karbon dioksıd (CO2) qazı emissiyaları ilə ticarətin “yaşıl iqtisadiyyat”ın inkişafına təsiri

Çapdan qabaq
Məqaləni yüklə

Xülasə

 Məqalədə karbon vahidləri bazarının  formalaşmasına təsir edən əsas amillərə toxunularaq, karbon izini azaltmaq üçün xarici mexanizmlərin müqayisəli təhlili də aparılmışdır.  Sənaye istehsalı bazar mexanizmlərindən istifadə emissiya karbon kvotalarının dövriyyəsi və ticarəti sistemləri haqqında məlumat verilmiş, karbon emissiyasının azaldılması istiqamətində dünya təcrübəsi araşdırılmışdır. Həmçinin karbon emissiyasının hesablama üsulları ilə bağlı nümunələr qeyd olunmuş və bu mexanizmlərin tətbiqinin ətraf mühitin çirkləndiriləməsinə qarşı aparılan fəaliyyətə töhfəsi qeyd edilmişdir. Qeyd olunanlarla yanaşı məqalədə hazırda ticarət olunan kvotaların birja nümunələri verilmiş, əsas tendensiyalar göstərilmiş və Azərbaycanda karbon bazarının inkişafı  perspektivlər ilə bağlı təkliflər irəli sürülmüşdür.