Azərbaycan Respublikasında kiçik və orta biznesin inkişafında islam maliyyə alətlərindən istifadənin əhəmiyyəti

Xülasə

Son illərdə İslam maliyyə alətlərindən istifadə Azərbaycanda, xüsusən də kiçik və orta sahibkarlığın (KOS) inkişafının təşviqi kontekstində artan diqqəti cəlb edir. İqtisadiyyatın müxtəlif sahələrinin inklüziv (çoxşaxəli) inkişafında ölkəmizin ixtisaslaşmış qurumlarının öhdəsinə böyük yük düşür. Həmin qurumların səmərəli fəaliyyətinin təşkil edilməsi isə son nəticədə əhalinin rifahına müsbət təsir göstərir. İnkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdə KOS-ların sayına və onların iqtisadi inkişafda payına nəzər yetirsək, ölkə təsərrüfatında onların nə dərəcədə önəmli rola malik olduğunu söyləyə bilərik. Bu məqalə Azərbaycanda İslam maliyyəsinin tarixi keçmişini, ölkədə KOS-ların təkamülünü və onların inkişafını dəstəkləmək üçün İslam maliyyə alətlərindən istifadə perspektivlərini araşdırır.

DOI:10.30546/2790-2196.1.10.2024.007.