Strateji mallarla ticarətə nəzarət sisteminin strukturu və onun təkmilləşdirilməsi yolları

Xülasə

Məqalədə strateji mallar ilə ticarətə nəzarətin zəruriliyi və aktuallığı, strateji malların mahiyyəti, onların növləri və təsnifatı, müəyyən olunma sxemi, strateji mallara dair nümunələr, Azərbaycan Respublikasında ixrac nəzarəti sisteminin strukturu və onun elementləri, milli ixrac nəzarətinin tənzimləndiyi qanunverici əsaslar və müvafiq sahədə beynəlxalq konvensiyaların tələbləri, ixrac nəzarətinə düşən malların siyahısı və bu mallar üzrə əməliyyatların həyata keçirilməsinə xüsusi icazələrin verilməsi və yoxlama qaydaları, xüsusi icazələrin dayandırılması və ləğvi halları, dövlət orqanları və qurumlarının ixrac nəzarəti üzrə funksiyaları, ixrac nəzarəti qanunvericiliyinin pozulmasına görə inzibati və cinayət məsuliyyəti tədbirləri sistemləşdirilmiş, təhlil və şərh edilmiş, Azərbaycanda strateji mallar ilə ticarət sahəsində ixrac nəzarəti sisteminin təkmilləşdirilməsi üzrə təkliflər verilmişdir.

DOI:10.30546/2790-2196.1.10.2024.005.