Konsessiya dövlət-özəl tərəfdaşlığının ən geniş yayılmış mexanizmi kimi

Xülasə

Bazar iqtisadiyyatına keçidi tamamlamış postsovet ölkələrin qarşısında duran aktual çağırışlardan biri də dövlət mülkiyyətinin özəlləşdirilməsi hesabına özəl sektorun inkişafına nail olunması, özəlləşdirmə proseslərinin aparılmadığı sahələrdə isə bu prosesə alternativ mexanizm-lərin tətbiq edilməsidir. Dünya təcrübəsinin təhlili göstərir ki, müvafiq mexanizmlərdən ən əhəmiyyətlisi dövlət-özəl tərəfdaşlığı modelinin tətbiqidir.

İqtisadi ədəbiyyatların və beynəlxalq təcrübənin təhlili göstərir ki, bu gün dövlət-özəl tərəfdaşlığına dair vahid yanaşma, norma və standartlar mövcud  deyil. Eyni zamanda, hazırda risklərin qarşılıqlı bölüşdürülməsi, kapitalın və cari xərclərin özəl tərəfdaş (investor) tərəfindən maliyyələşdirilməsi təcrübəsi geniş tətbiq edilir. Araşdırmalardan aydın olur ki, dövlət-özəl tərəfdaşlığının, dinamik dəyişən bazar tələblərinə çevik uyğunlaşaraq istehlakçılara xidmətin keyfiyyətinin artırılmasını təmin edən, ən geniş yayılmış forması konsessiya razılaşmalarıdır.

Məqalə konsessiya razılaşmalarının iqtisadi mahiyyəti və əhəmiyyəti, xüsusiyyətləri, əlamətləri və onun digər dövlət-özəl tərəfdaşlığı mexanizmlərindən üstünlükləri və çatışmazlıqlarından bəhs edilir.

DOI:10.30546/2790-2196.1.10.2024.009.