Sənayeləşmə ilə yüksələn kapitalist iqtisadiyyatı, tarixdə istehsal üsulu, əmək və sosial münasibətlər infrastrukturunu formalaşdıran müəyyən inkişaf mərhələlərini keçmişdir. İqtisadi inkişafın hər bir mərhələsi istehsal və istehlak münasibətlərinin xüsusiyyətlərini müəyyən edən sosial təşkilatı təmin edən mexanizmlərin həyata keçirilməsini zəruri edir. Bu məqalənin məqsədi yeni iqtisadi mərhələlərin yaratdığı şəraitin dövlətin roluna necə və hansı tendensiyalarla təsir etdiyini araşdırmaqdır. Kapitalizm bir çox böhran, müharibə və tənəzzülü əhatə edən fordist və postfordist istehsalın təşkilinin iki əsas formasını yaşamışdır. Xüsusilə, iqtisadiyyatda istehsalın post fordist təşkilatılanmasına paralel olan neoliberal siyasətin artması dövlətin yeni roluna iqtisadi münasibətlərin yeni mərhələsi çərçivəsindən baxmağa ehtiyac yaradır.
Dövlətin roluna və iqtisadi münasibətlərin dinamikasına yönəlmiş yanaşmaların təhlili bu məqalədə istifadə olunan əsas metodologiyadır. Bu çərçivədə fordizm və postfordizm, keynesçilik, post-industrializm, yığım rejimi, tənzimləmə yanaşması, neoliberal siyasət kimi anlayışlar dövlət və iqtisadi münasibətlərin göstəricilərini müəyyənləşdirmək üçün istifadə edilir. Postfordizmin yeni istehsal təşkilatlanması xüsusiyyətləri özəlləşdirmə, özünüidarəetmə və əks-mərkəzləşdirməni dəstəkləyən politikalar çərçivəsində dövlətin roluna təsir etmişdir. İnformasiya texnologiyaları dövrünə paralel olaraq gələn post-fordist istehsal təşkilatlanmasında iqtisadi rəqabət qabiliyyətinin qlobal səviyyəyə çatdığını görən dövlətlərin istehsalın, bazarın və təşkilatın yeni tələblərinə, əmək bazarının çevikliyinə və sosial öhdəliklərin bazara uyğun hərəkət etdiyi müşahidə olunur. Beləliklə, post-fordist çevik yığım rejimində keynesçi sosial dövlətdən qlobal inhisarçı tənzimləmənin olduğu neoliberal “sahibkar” dövlətinə keçid baş vermişdir.