Davamlılığa doğru irəliləyiş: Azərbaycanın Gələcəyi üçün ESG Çərçivəsinin hazırlanması

Xülasə

Məqalədə ölkə təcrübəsini qlobal davamlılıq standartlarına uyğunlaşdırmaq üçün Ətraf Mühit, Sosial və İdarəetmə (ESG) çərçivəsinə ehtiyacının olması müzakirə edilir. CEO-lar arasında aparılmış sorğunun nəticəsinə görə Azərbaycanda iqtisadi artımın olmasına rəğmən çox kiçik sayda biznes subyektlər ESG hədəflərini prioritet götürür.  Məqalədə həmçinin ESG-nin inkişaf tendensiyaı ilə bağlı qonşu ölkə Qazaxıstan ilə müqayisə aparılmışdır.

Təklif edilmiş ESG çərçivəsinə aşağıdakılar daxildir:

1. Karbon emissiyalarını qiymətləndirmək və uyğunluğu təmin etmək üçün əsas sənaye sahələri üzrə mərhələli karbon audit proqramının tətbiqi.

2.  Tikinti sahəsində məcburi tullantıların azaldılması üçün təkrar emal proqramlarının tətbiqi

3.  İşçilərin iş mühitinin təhlükəsizliyi inkişafı və təmini baxımından ictimayyətlə əlaqələrin sıx qurulmasına yönəlik işlərin aparılması.

4. İri özəl qurumlar üçün şəffaflıq göstəricisi olan dəyərləndirmə ballarının məcburiləşdirilməsi və hesabat şəkildə açıqlanmasının təmin edilməsi.

Məqalədə ESG təcrübələrini effektiv şəkildə inteqrasiya etmək üçün hökumət və biznes subyektlərinin qarşılıqlı sıx əməkdaşlığı tövsiyə edilir. Görüləcək tədbirlər paketinə tənzimləyici bazanın yaradılması, tətbiq normalarının hüquqi aspektlərinin müəyyən edilməsi, siyasətin formalaşdırılması və monitorinqi üçün milli ESG komitəsinin yaradılması daxildir.

Həmçinin məqalədə tədbirlər paketinin başlanma və məlumatlılıq, planlaşdırma və inkişaf, icra və uyğunluq mərhələlərini əhatə edən mərhələli icra yol xəritəsi təqdim olunmuşdur. Yol xəritəsi resursların düzgün bölüşdürülməsi, maraqlı tərəflər arasında əməkdaşlıq və davamlı əks əlaqə mexanizmləri uğurlu icra üçün mühüm əhəmiyyət kəsb edir.

Məqalədə Azərbaycanın qlobal rəqabət qabiliyyətinin və davamlılığının artırılmasında ESG-nin transformasiya ediləsməsinin vacibliyi vurğulanır. Həmçinin, ESG təcrübələrini yerli və qlobal səviyyədə qəbul etmək və təşviq etmək Azərbaycan biznes mühiti üçün əhəmiyyətli hesab edilir.

DOI:10.30546/2790-2196.1.10.2024.053.