Resursla zəngin ölkələrdə fiskal siyasət çağırışları

Xülasə

İqtisadiyyatların xammal ixracından asılılığı xammal qiymətlərinin dəyişkənliyi səbəbindən fiskal siyasətdə yüksək volatilliyə səbəb ola bilər. Bu araşdırmada neft ixracatçısı olan bir neçə ölkə üzrə 2003-2022-ci illəri əhatə məlumat bazasından və müqayisəli təhlil metodundan istifadə olunaraq həmin ölkələr üzrə fiskal siyasət volatilliyinin səviyyəsi tədqiq edilir.

Nəticələrdə neft ixracatçısı ölkələrdə fiskal siyasət volatilliyinin nəzərəçarpacaq dərəcədə yüksək olduğu müşahidə edilir və bu volatilliyi azaltmaq üçün fiskal qaydalara ehtiyac olduğu vurğulanır. Bundan əlavə, məqalədə müxtəlif fiskal qaydalar, onların üstünlükləri və çatışmazlıqları müzakirə edilir, eyni zamanda Azərbaycanın mövcud fiskal qaydaların hazırki vəziyyəti barədə məlumat verilir. Son olaraq Azərbaycanda fiskal siyasətin protsiklikliyi ilə bağlı əlavə təhlilin zəruriliyi qeyd edilir.

DOI:10.30546/2790-2196.1.10.2024.055.