PANDEMİYA ŞƏRAİTİNDƏ QEYRİ-NEFT-QAZ İXRACI: MÖVCUD VƏZİYYƏTİN TƏHLİLİ

Xülasə

Yeni növ koronavirus pandemiyasının təsiri nəticəsində Azərbaycanın qeyri-neft ixracı 2019-cu illə müqayisədə 2020-ci ildə faktiki qiymətlərlə 5,3 faiz azalsa da, 2021-ci ilin 9 ayı ərzində bu sahədəki gerilik aradan qaldırılmış və ciddi artıma nail olunmuşdur. Təhlillər zamanı aydın olur ki, 2021-ci ilin yanvar-sentyabr aylarında qeyri-neft sektoru üzrə 1 milyard 809 milyon ABŞ dolları dəyərində ixrac reallaşdırılmışdır. 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 2021-cu ilin 9 ayında qeyri-neft sektoru üzrə ixrac 525 milyon ABŞ dolları və ya 40,9 faiz artmışdır.

Bu məqalədə müəllif tərəfindən 2021-ci ilin yanvar-sentyabr ayları ərzində qeyri-neft sektoru üzrə ixracın təhlili aparılır. Daha sonra koronavirus pandemiyasının yaratdığı böhranın qeyri-neft ixracına təsirini qiymətləndirilir və postpandemiya dövründə ixracın şaxələndirilməsi ilə bağlı müvafiq təkliflər verilir.