XAMMAL İXRAC EDƏN ÖLKƏLƏRDƏ REAL EFFEKTİV MƏZƏNNƏNİN TARAZLIĞI: AZƏRBAYCAN TƏCRÜBƏSİ

Xülasə

Təqdim olunan Azərbaycan təcrübəsi, resursla zəngin iqtisadiyyatda valyuta məzənnəsi siyasətinin adekvatlığını tədqiq etməyə xidmət edir. Bu məqalədə Azərbaycanın tədiyya balansının son iyirmi ildəki dinamikası təhlil edilmişdir. 2015-ci ildə neft qiymətlərinin aşağı düşməsi valyuta məzənnəsini dayanıqsız etməklə əhəmiyyətli dərəcədə devalvasiyaya səbəb oldu. Sonrakı dövrdə cari hesab balansı tarazlaşsa da, gözləniləndən daha az səviyyədə oldu. Bu səbəbdən bölmədə EBA-Lite metodu ilə regresiya əsaslı qiymətləndirmə apararaq, real valyuta məzənnəsinin tarazlığı və uyğunsuzluqları məhz "siyasat boşluqları" (policy gap) ila əlaqələndirilməklə təhlil olunub. Nəticələr göstərir ki, 2015-ci ildəki devalvasiyadan bir neçə il sonra Azərbaycan valyutası yenidən dəyərindən artıq məzənnəyə (overvaluaed) malikdir. Bundan əlavə, real məzənnə tarazlığı dəyişkən olub, uzunmüddətli sabit məzənnə ilə uzlaşmır. Valyuta məzənnəsi siyasəti nisbi məhsuldarlıq və real neft qiymətləri kimi əsas təyinedicilərdəki (fundamental determinants) dəyişiklikləri təmin etməyə xidmət etməlidir.