Effektiv korporativ idarəetmə sistemi daha yaxşı nəzarət və strateji planlaşdırma, əməliyyat risklərinin və məhkəmə çəkişmələrinin azalması deməkdir. Dünya iqtisadiyyatına sürətlə inteqrasiyanı hədəfləyən Azərbycan Respublikasında da yerli şirkətlərin beynəlxalq miqyasda rəqabətqabiliyyətliyini artırmaq məqsədilə korporativ idarəetmə institutları yaradılır. Artıq dövlətə məxsus müəssisələrdə ümumi korporativ idarəetmənin tətbiq istiqamətində mühüm addımlar atılır. Bu məqalədə müəllif korporativ idarəetmədə əməliyyatarın idarə edilməsi məsələsini araşdırır və ölkəmizdə bu sahənin inkşafı ilə bağlı təkliflər verilir.