Dövlət maliyyəsinin idarəolunmasının təkmilləşdirilməsi məsələləri

Xülasə

Dövlət maliyyəsinin idarə edilməsi dövlət idarəçiliyinin özəyini təşkil edən əsas anlayışlardandır. Araşdırmada dövlətin iqtisadiyyatda rolu və öhdəlikləri ilə bağlı tarix boyu irəli sürülən müxtəlif nəzəriyyə və konsepsiyalar yer almışdır. Məqalədə maliyyə sistemi anlayışının mahiyyəti açıqlanmış, Azərbaycan Respublikasının maliyyə sisteminin tərkib hissələri barədə informasiyalar verilmiş və onun dövlət idarəçiliyində rolu qeyd edilmişdir. Həmçinin hökumətin maliyyə resurslarının idarə edilməsi üçün siyasət formalaşdırması və onun həyata keçirilməsini təmin etməyi, müxtəlif mülkiyyət formasına sahib olan subyektlərin maliyyə resurslarının Azərbaycan Respublikası maliyyə sistemindəki yeri və müvafiq sahədə dövlət orqanlarının fəaliyyəti açıqlanmışdır.