Məqalə dünyada və ölkəmizdə günü-gündən daha çox maraq və istehlakçı rəğbəti qazanan yeni nəsil elektrik və hibrid mühərrikli avtomobil sənayesinin müasir vəziyyəti və inkişaf tendensiyalarına həsr olunmuşdur. Elektromobillərin, şübhəsiz, müsbət tərəfləri olduğu kimi, çoxsaylı mənfi xüsusiyyətləri də məqalədə təhlil edilərək təsnif edilmişdir. Eyni zamanda, məqalədə çağdaş dövrün “ekoloji” nəqliyyat vasitəsi hesab edilən elektromobillərin bəlli şərtlər təmin edilmədikdə heçdə belə olmadığını əsaslandıran çoxsaylı xarici mütəxəssis və alim tədqiqatlarının nəticələri öz əksini tapmışdır. Bununla yanaşı, məqalədə ölkəmizdə elektromobil sektorunun bugünkü vəziyyəti və inkişaf perspektivləri nəzərdən keçirilmiş, bu sektorun inkişafını və elektromobillərdən istifadə imkanlarını artıracaq həll yolları kompleks təkliflər şəklində təqdim edilmişdir.