Yeni innovasiyaların və texnologiyanın mövcudluğu artıq zəruri hesab olunur. Tədqiq edilən əsas məsələ qonağın biliyinə və Süni İntellektdən istifadə etmək inamını nəzərə alaraq fəaliyyət göstərməkdir. Bu gün müştərilər rəqəmsal proqramlar vasitəsilə ünsiyyət qurmağa üstünlük verirlər. Bu kontekstdə, 2023-cü ildə sadə insanlar arasında rəqəmsal marketinq meyllərindən - Süni İntellekt, genişlənmiş reallıq, səsli axtarışın optimallaşdırılması, proqramlı reklam, chatbot, fərdiləşdirilmiş rəqəmsal marketinq, avtomatlaşdırılmış və fərdiləşdirilmiş e-poçt marketinqi, video marketinq, instagram çarxları, vatsap marketinqi, canlı yayım, restoranlarda menyuların vizuallaşdırılması sensor ekranı, telefonda otaq kilidinin açılması parolları və bir çox digər xidmətlər daha çox maraq qazanıb. Otel işçiləri müştərilərlə münasibətləri inkişaf etdirmək üçün bu yeni texnologiyalardan istifadə edə bilərlər. Tədqiqatda müştəriləri otellərdəki yeni texnologiyalarla necə tanış və istifadəçi dostu etmək, həmçinin qonaqpərvərliyin və turizm bazarının real dünyanı virtual reallığa nə qədər sürətlə dəyişdirdiyi aydın şəkildə izah edilir.