Milli iqtisadiyyatın inkişafının müasir xüsusiyyətləri

Xülasə

Milli iqtisadiyyatın inkişafı kompleks bir proses olaraq iqtisadiyyat elmində çoxölçülü yanaşma kimi qəbul edilir. Qlobal şəraitdə baş verən böhranlar, o cümlədən 2008-ci ildə maliyyə böhranı, sonrakı dövrlərdə ərzaq və enerji böhranı, müasir dövrdə geosiyasi və geoiqtisadi qeyri-sabitlik bir sıra tendensiyaların ərsəyə gəlməsinə səbəb olmuşdur. Milli iqtisadiyyatın inkişafı çərçivəsində müasir dövrdə yaşıl iqtisadiyyat konsepsiyasının tətbiqi, “yaşıl enerji” yanaşmasının təbliğatı, sosial-iqtisadi inkişafda tarazlı və dayanıqlı inkişafı təmin etmək məqsədilə regionallaşma strategiyalarının icrası mühüm faktorlardır. Bütün bunları nəzərə aldıqda, Azərbaycan Respublikasında müstəqillik illərindən bugünədək həyata keçirilən sosial-iqtisadi sahədə dövlət proqramları və strategiyalar milli iqtisadiyyatın inkişafındakı rolu ilə uzlaşdırıldıqda bir sıra müasir xüsusiyyətlərin təzahürünü görmək mümkündür.