Azərbaycanda investisiya fəallığının artırılmasının bəzi aspektləri

Xülasə

Məqalədə milli iqtisadiyyatda investisiya fəallığına təsir edən amillər araşdırılmışdır. Həmçinin Azərbaycanda investisiya resurslarının formalaşması, buna neft gəlirlərinin təsiri məsələləri tədqiq edilmişdir. Xüsusilə milli qənaətin həcminin dəyişməsi perspektivləri qiymətləndirilmişdir. Burada ortamüddətli dövrdə həm dövlət qənaətinin, həm də korporativ və ev təsərrüfatlarının qənaətlərinin dinamikası araşdırılmışdır. Habelə məqalədə ölkədə investisiya fəallığının artırılmasına dair təkliflər irəli sürülmüşdür. Bu təkliflər əsasən faiz dərəcəsinin azaldılması, vergi güzəştlərinin verilməsi və risk səviyyəsinin aşağı salınması məsələlərini əhatə edir.