Məqalədə “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” təhlil olunub. Bu sənəddən irəli gələn və nəqliyyat sisteminin qarşısında dayanan vəzifələr aydınlaşdırılıb. Müəllif nəqliyyat və ətraf mühit məsələlərini araşdırıb. Məqalədə “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”, davamlı inkişaf konsepsiyası və mövcud vəziyyətin təhlilinə əsasən nəqliyyat sisteminin inkişaf perspektivləri təklif edilib. Müəllifin fikrincə infrastruktur təminatın təkmilləş-dirilməsi, beynəlxalq nəqliyyat dəhlizləri boyunca regional nəqliyyat qovşaqlarının fəaliyyətinin təmin olunması, daşıyıcı və sifarişçilərin birgə virtual məkanının formalaşdırılması, tranzit xidmətlərin yaxşılaşdırılması məqsədilə yükləmə-boşaltma əməliyyatlarının mexanikləşdirilməsi, anbar təsərrüfatı-nın inkişafı ölkəmizdə nəqliyyat sisteminin inkişaf perspektivləri kimi nəzərdən keçirilə bilər. Məqalənin sonunda Zəngəzur dəhlizinin perspektivlərinə baxılır, 44 günlük Vətən müharibəsində əldə edilən Zəfərin Azərbaycanın nəqliyyat imkanlarını daha da artırdığı bildirilir.