Dünyada və Azərbaycanda korporativ idarəetmə

Xülasə

Müasir şəraitdə yaxşı təşkil olunan korporativ idarəetmə şirkətlərdə idarəetmənin səmərəliliyinin yüksəldilməsi yolu ilə faydalılıq əmsalının yüksəlməsinə səbəb olur. Son illərdə Azərbaycanda da korporativ idarəetmənin təşkil sahəsində mühüm addılar atılmış və müsbət beynəlxalq təcrübədən istifadə olunmuşdur. Bu məqalədə də müəllif tərəfindən dünya ölkələrində korporativ idarəetmənin yaranması və formalaşması tarixi ardıcıllıqla araşdırılmış, koperativ idarəetmə modellərinin müqayisəsi aparılmışdır. Həmçinin yerli şirkətlərdəki korporativ dəyərlər də tədqiq edilmiş və mövcud çatışmazlıqlar aşkara çıxarılmışdır. Məqalədə Azərbaycandakı korporativ idarəetmədə təkmilləşdirilməsi zəruri olan məsələlər göstərilmiş və bununla bağlı müvafiq təkliflər verilmişdir.