Qarabağ və Şərqi Zəngəzurda sahibkarlıq mühiti

Xülasə

Azərbaycan artıq yeni bir mərhələyə - post-konflikt dövrünə qədəm qoymuşdur. Bu mərhələdə Qarabağ və Şərqi Zəngəzur regionunda iqtisadi həyatın ən qısa müddətdə bərpa  olunması qarşıda duran əsas məsələlərdən biridir. Müasir dövrdə bazar iqtisadiyyatının əsas hərəkətverici qüvvələri sahibkarlıq subyektləridir. İşğaldan azad edilmiş ərazilərin inkişaf etdirilməsi prosesinə sahibkarların sürətlə cəlb olunması məqsədilə artıq dövlət öz dəstək mexanizmlərini təqdim etmişdir. Bir sıra qanunlara edilmiş dəyişikliklərə əsasən, Qarabağ və Şərqi Zəngəzurda biznes nümayəndələrinin investisiya qoyması üçün əlverişli şərait yaradılıb.
Məqalənin əsas məqsədi işğaldan azad olunmuş ərazilərdə sahibkarlıq mühiti və dövlətin həmin ərazilərdə fəaliyyət göstərmək istəyən sahibkarlara tədqim etdiyi dəstək mexanizminin geniş təhlil olunmasıdır.