İnsan kapitalının inkişafında əmək motivasiyasinın rolu

Xülasə

Məqalədə insan kapitalının rolu və onun əsas xüsusiyyətləri araşdırılır. İnsan kapitalının rəqabət qabiliyyətliliyinin artırılması üçün əməyin motivləşdirilməsinin zəruriliyi əsaslandırılmışdır. Motivasiya anlayışının mahiyyəti açıqlanmış, insan kapitalının səmərəliliyinin artırılmasında əsas konsepsiya kimi tədqiq edilmişdir. Motivasiya prosesinin məzmunu, əsas mərhələləri və prinsipləri şərh edilmişdir. Müasir motivasiya nəzəriyyələri araşdırılmış və bu nəzəriyyələrdə əsas diqqətin insan ehtiyaclarının təhlilinə və onların əmək fəaliyyətinin motivasiyasına təsirinə yönəldiyi müəyyənləşdirilmişdir.