Məqalədə innovasiya fəaliyyətini stimullaşdıran beynəlxalq əhəmiyyətli və müstəqil Təhsil, Tədqiqat və İşləmələr (inkişaf) Mərkəzinin (TTİM) yaradılmasının əsas məqsədi, innovasiya və texnoloji inkişafın dünya istiqamətləri, innovativ inkişafın mənfi tendensiyaları və riskləri göstərilmiş, yeni inkişaf modelinin yaradılması məsələsi, modelin inkişafı üçün tələblər təqdim edilmişdir. İşlənib hazırlanmış modelin əhəmiyyətli cəhətləri qeyd olunmuşdur. Məqalədə həmçinin TTİM yaradılmasından gözlənilən təsirlər (effektlər), yaradılması mərhələləri öz əksini tapmışdır.