VƏTƏNDAŞ MÜRACİƏTLƏRİNİN QƏBUL EDİLMƏSİ VƏ BAXILMASI SAHƏSİNDƏ BLOKÇEYN TEXNOLOGİYASININ TƏTBİQİ

Xülasə

Bu məqalədə vətəndaş müraciətlərinin qəbul edilməsi və baxılması sahəsində paylanmış reyestr texnologiyasının tətbiqinin müqaisəli təhlili aparılır, biznes prosesini tənzimləyən əsas göstəricilər müəyyən edilərək tranzaksiyaların və blokların zəncirə əlavə olunması prosesi öyrənilir, heş-funksiyanın, konsensus əldə etmək üçün əhəmiyyətə əsaslanan sübut alqoritmin və ağıllı müqavilələrin istifadə olunması nəzərdən keçirilərək tətbiq mexanizmləri təklif olunur. Aparılan təhlil, geniş miqyasda vətəndaş müraciətlərini əhatə edən, dövlət və müstəqil qurumların, vətəndaşların hüquqlarını müdafiə edən ictimai birliklərin, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və digər maraqlı tərəflərin birgə fəaliyyətini təşkil edən ssenari üçün paylanmış reyestr sistemlərini universal həll hesab edilməsinə imkan yaradır.