Bu tədqiqat kəmiyyət əsaslı qeyri-parametrik korrelyasiya analizindən istifadə edərək, ölkənin subyektiv rifahı ilə onun struktur rəqəmsallaşma göstəriciləri arasındakı əlaqəni araşdırır və milli xoşbəxtliklə paralellik təşkil edən rəqəmsal xüsusiyyətləri müəyyən etməyi hədəfləyir. Bütün dəyişənlər zaman üzrə aqreqasiya edilərək üçillik orta göstəriciyə (2022–2024) gətirilmişdir. Rifah səviyyəsi Ümumdünya Xoşbəxtlik Hesabatının Orta Balı vasitəsilə, rəqəmsal göstəricilər isə "DataReportal" hesabatlarından əldə edilən sosial media istifadəsi, gender demoqrafiyası və platformaların veb-trafik payları üzrə Spirmenin korrelyasiya analizi tətbiq olunaraq qiymətləndirilmişdir. Empirik təhlil dörd göstərici üzrə yüksək dərəcədə əhəmiyyətli ikidəyişənli əlaqələri ortaya çıxarmışdır (p < 0.01). Geniş rəqəmsal əlçatanlıq güclü müsbət əlaqə nümayiş etdirmiş, fəal sosial media istifadəsi xoşbəxtliklə yüksək korrelyasiya təşkil etmişdir (ρ = 0.718). Gender göstəricilərində struktur fərqlilikləri üzə çıxarılmışdır: qadınların sosial mediada iştirakı rifahla müsbət istiqamətdə hərəkət etdiyi halda (ρ = 0.501), kişilərin üstünlük təşkil etdiyi istifadə modelləri daha milli xoşbəxtliklə daha yüksək amma əks istiqamətdə əlaqələnir (ρ = − 0.545). Platformalar arasında yalnız "Instagram" veb-trafik payı əhəmiyyətli müsbət istiqamətli əlaqə nümayiş etdirmişdir (ρ = 0.342), "Facebook", "Twitter" və "LinkedIn" göstəriciləri isə statistik olaraq əhəmiyyətsizdir. Hər yerdə mövcud olan şəbəkə bağlantısı yüksək rifahla əlaqələnirsə də, spesifik demoqrafik arxitektura və platforma əsaslı istifadə qlobal sosial inkişafın mühüm indikatorları kimi özünü göstərir