Bu məqalədə süni intellektin Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) töhfəsi qlobal və milli siyasət çərçivələri əsasında təhlil olunur. Beynəlxalq hesabatlar və siyasət sənədləri fonunda süni intellektin səhiyyə, təhsil, kənd təsərrüfatı, enerji, su ehtiyatlarının idarə olunması, dövlət idarəçiliyi və innovasiya sahələrində yaratdığı imkanlar, eləcə də etik, hüquqi, institusional və ekoloji risklər qiymətləndirilir. Məqalədə Azərbaycan Respublikasında qəbul edilmiş süni intellekt, rəqəmsal iqtisadiyyat, rəqəmsal inkişaf, su ehtiyatlarının idarə olunması və gender bərabərliyi üzrə strateji sənədlərin DİM-lərlə uyğunluğu müqayisəli şəkildə təhlil olunur. Nəticədə məqalədə süni intellektin DİM-lərə töhfəsinin artırılması üçün məlumat infrastrukturu, hesablama resursları, enerji dayanıqlılığı, insan kapitalı, etik-hüquqi çərçivələr və sektorlararası koordinasiya istiqamətlərində siyasət tövsiyələri təqdim olunur.