Rəqəmsallaşmanin iqtisadiyyatda rolu

Çapdan qabaq
Məqaləni yüklə

Xülasə

Bu tədqiqatda iqtisadiyyatda rəqəmsallaşmanın rolu və təsirləri geniş şəkildə təhlil edilmişdir. Müasir qlobal trendlər göstərir ki, rəqəmsal texnologiyalar iqtisadi inkişafın əsas hərəkətverici qüvvəsinə çevrilmişdir. Məqalədə rəqəmsal iqtisadiyyat və əhatə dairəsi müəyyənləşdirilir, rəqəmsallaşmanın iqtisadi artım, məhsuldarlıq, innovasiya və rəqabət qabiliyyətinə təsirləri nəzərdən keçirilir. Ədəbiyyat icmalında dünyanın aparıcı elmi jurnallarında yer almış mənbə əsasında rəqəmsal transformasiyanın iqtisadi təsirləri araşdırılır. Empirik hissədə struktur tənlik modelləri vasitəsilə hazırlanmış konseptual model əsasında aparılan sorğu məlumatları təhlil edilir. Nəticələr göstərir ki, rəqəmsallaşma iqtisadi səmərəliliyi və innovativ fəaliyyəti əhəmiyyətli dərəcədə artırır, lakin bu prosesin uğuru üçün rəqəmsal infrastruktur, insan kapitalı və dövlət siyasəti kimi amillər həlledici rol oynayır. Azərbaycan nümunəsində aparılan təhlillər ölkədə rəqəmsal iqtisadiyyatın inkişaf səviyyəsinin yüksəldiyini, lakin beynəlxalq müqayisədə inkişaf sürətinin zəif olduğunu məlum olur. Məqalədə qlobal və yerli trendlər əsasında rəqəmsallaşmanın iqtisadiyyata təsiri müzakirə olunur, Azərbaycan üçün praktiki tövsiyələr və gələcək tədqiqat istiqamətləri verilir.