Azərbaycanda xalis ixracın dəyişməsinin multiplikativ effektlərinin qiymətləndirilməsi

Çapdan qabaq
Məqaləni yüklə

Xülasə

Bu tədqiqatda Azərbaycanın neft, qeyri-neft və xidmət sektorlarının xalis ixracının artımının iqtisadi və sosial təsirləri qiymətləndirilmişdir. İki əsas modellə — Xərclər-Buraxılış cədvəli və Sosial Hesablar Matrisi (SHM) əsasında multiplikator modellərlə — aparılan təhlillər göstərir ki, ixracın artımı iqtisadiyyatın digər sahələrinə mühüm multiplikativ təsir göstərir. Xərclər-Buraxılış modelinə əsasən, neft sektorunda xalis ixracın 1 milyon manat artması ümumi məhsul buraxılışını 1,15 milyon manat artırdığı halda, qeyri-neft və xidmət sektorlarında bu rəqəmlər müvafiq olaraq 1,89 və 1,51 milyon manat təşkil edir. SHM modelində isə bu göstəricilər sosial və gəlir kanallarını da nəzərə almaqla müvafiq olaraq 2,25 milyon, 2,14 milyon və 2,3 milyon manat olmuşdur. Bu nəticələr ixrac artımının iqtisadiyyatda struktur dəyişikliklərinə və sosial rifaha olan töhfəsini daha dərindən anlamağa imkan verir və iqtisadi siyasətin formalaşdırılmasında əsaslı baza yaradır.