Turizmin Azərbaycan regionlarının maliyyə dayanıqlığına təsiri (Balakən rayonu timsalında)

Çapdan qabaq
Məqaləni yüklə

Xülasə

Məqalədə Azərbaycan Respublikasında turizmin inkişafının Balakən inzibati rayonunun maliyyə dayanıqlığına təsiri mexanizmləri təhlil edilir. Azərbaycanın büdcə gəlirləri, turizm sektorunun gəlirləri və dövlət və özəl investisiyaların həcmi arasındakı əlaqəni araşdırmaq üçün korrelyasiya modeli əsasında təhlildən istifadə olunmuşdur. Tədqiqatın əsas məqsədi turizmin iqtisadi artıma təsiri, Balakən rayonunun büdcə gəlirlərinin şaxələndirilməsində turizmin rolunun təhlili və dövlət və özəl investisiyaların və regional maliyyə sabitliyinin qarşılıqlı asılılığını təhlil etməkdir. Tədqiqatın nəticələri göstərir ki, turizmə yönəldilmiş dövlət və özəl investisiyalar və Azərbaycanda turizmdən əldə edilən gəlirlər arasında müsbət korrelyasiya var və bu dəyişənlər, ümumiyyətlə, regionların maliyyə dayanıqlığını formalaşdıran əsas iqtisadi determinantlardır. Balakən rayonu nümunəsində aparılan təhlillər göstərir ki, turizmin davamlı inkişafı yerli iqtisadiyyatın gəlir strukturunda mühüm paya malik olmaqla, həm büdcə gəlirlərinin, həm də özəl kapitalın artımına birbaşa təsir göstərir. Turizmin sürətli inkişafına Azərbaycanın böyük turizm potensialına sahib olan regionlarından olan Balakənin iqtisadi artımını stimullaşdıra və büdcə sabitləşməsini təmin edə biləcək vacib strateji tendensiyalardan biri kimi baxılmalıdır.