Bu tədqiqatın məqsədi Azərbaycanda rəqəmsal infrastrukturun inkişafının turizm sektorunun rəqabət qabiliyyəti ilə əlaqəsini nəzəri və empirik baxımdan qiymətləndirməkdir. Tədqiqat çərçivəsində rəqəmsal infrastruktur anlayışı, turizm sektorunda rəqabət qabiliyyətinin formalaşma mexanizmləri və Azərbaycanda həyata keçirilən rəqəmsal transformasiya siyasətinin institusional xüsusiyyətləri nəzərdən keçirilmişdir.
Empirik mərhələdə 2010–2024-cü illər üzrə illik məlumatlar əsasında ən kiçik kvadratlar üsulu (OLS) ilə çoxdəyişənli reqresiya modeli qiymətləndirilmişdir. Modeldə turist axını (TA) asılı dəyişən kimi götürülmüş, izah edən dəyişənlər kimi internet istifadəçilərinin payı (INT), adambaşına ÜDM (GDP), turizm gəlirləri (TR), məzənnə (ER) və pandemiya dövrünü xarakterizə edən dummy dəyişən (PD) daxil edilmişdir.
Qiymətləndirmə nəticələri göstərir ki, turist axını ilə adambaşına ÜDM və turizm gəlirləri arasında statistik baxımdan əhəmiyyətli əlaqə mövcuddur (p < 0> 0.05). Ümumilikdə nəticələr turizm dinamikasının daha çox makroiqtisadi amillərlə izah olunduğunu, rəqəmsal infrastrukturun təsirinin isə seçilmiş model spesifikasiyasında birbaşa deyil, daha çox dolayı kanallar vasitəsilə formalaşa biləcəyini göstərir.