Azərbaycanda günəş panellərinin fərdi mənzillərə quraşdırılmasının texniki, iqtisadi və ekoloji aspektlərinin araşdırılması

Çapdan qabaq
Məqaləni yüklə

Xülasə

Azərbaycanda günəş panellərinin quraşdırılması ilə elektrik enerjisi istehsalı yeni bir sahədir. Bu məqalədə şəxsi evlərdə və çoxmənzilli binalarda günəş enerjisindən istifadə edilməklə elektrik enerjisi istehsalı imkanları araşdırılmışdır.  Günəş enerjisinin fərdi və çox mənzilli evlərdə geniş istifadəsinin texniki- iqtisadi əsasları və emissiyaların azaldılmasına töhfələri qiymətləndirilmişdir. Optimal enerji istehsalı sistemi, performans nisbəti və enerji məhsuldarlığını nümayiş etdirən ən əhəmiyyətli dizayn parametrləri məqalədə tədqiq olunmuşdur. Fotovolt (PV) qurğusunun quraşdırılması parametrləri,  uyğun inventar, əyilmə bucaqları və istiqamətləri, emissiyaların azalmasının həcmi məqalədə müəyyən olunmuşdur. Fərdi evlərdə günəş panellərindən elektrik enerjisi istehsalı iqlim dəyişmələrinə təsirin azaldılmasına töhfə verməklə bərabər təbii qazın qənaəti hesabına müəyyən məsrəfləri digər tərəfdən ödəyə bilir.  Məqalədə göstərilir ki, ilkin olaraq günəş panellərinin gündüz işləyən təhsil və inzibati dövlət idarələrində quraşdırılması əhalinin digər kateqiriyasınıda stimulaşdırmasına köməklik edə bilər. Məqalədə günəş panellərinin quraşdırılması zamanı alınan enerji və istifadəsi zamanı xərclər hesablanmış və bərpa olunan enerji keçidi ilə əlaqadar emissiyaların, CO2-nin  azalmasına təsiri qiymətləndirilmişdir və istilik effekti yaradan qazların azaldılmasının əhəmiyyətli təsiri müəyyən olunmuşdur.