Süni intellektin ictimaiyyətlə əlaqələr işinin təşkilində tətbiqi

Xülasə

Süni intellektin ictimaiyyətlə əlaqələr işində tətbiqi texnoloji tərəqqinin yaratdığı zərurət nəticəsində, yeni çağırışlar əsasında formalaşır.  Xüsusilə son on ildə bu sahədə nəzərəçarpan dəyişilik müşahidə olunur. Böyük verilənlər, maşın öyrənməsi, şəxsiləşdirilmiş çat-botlar, məkan kəşfiyyatı kimi termin və anlayışlar korporativ ünsiyyətin tərkib hissəsinə çevrilərək ictimaiyyətlə əlaqələr işinə də sürətlə inteqrasiya edir. Məqalədə ictimaiyyətlə əlaqələrdə süni intellektin tətbiq olunduğu istiqamətlər araşdırılıb. Xüsusilə, məlumatların təhlili, proqnozlaşdırma, məzmun yaradılması, böhran idarəetməsi, multimedia məhsullarının hazırlanması, hədəf kütlə ilə kommunikasiyanın qurulmasında süni intellekt alətlərindən geniş istifadə olunur. Bununla yanaşı, məqalədə sosial media platformaları vasitəsilə ictimaiyyətlə əlaqələrin qurulmasında yeni təmayüllər tədqiq edilib, reklam və marketinq fəaliyyətində istifadəçi rəylərinin öyrənilməsində süni intellektin imkanları araşdırılıb. Beynəlxalq tədqiqat mərkəzlərinin bu sahədə hesabatları təqdim olunub, müxtəlif göstəricilər üzrə təsnifat aparılıb. Süni intellektin üstünlükləri ilə yanaşı, çatışmayan və ya təkmilləşdirməyə ehtiyac duyulan xüsusiyyətləri də tədqiq olunub.  Ümumilikdə belə nəticəyə gəlmək olar ki, süni intellekt hər nə qədər insan şüurunu simulyasiya etsə də, onu tamamilə əvəz edəcəyi ilə bağlı hələ ki, ciddi əsas yoxdur.

DOI:10.30546/2790-2196.1.10.2024.001.